Bioqrafiya

Bioqrafiya

Psixoloq Kəmalə
Əliyeva haqqında:

2000 - 2004 cü illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya fakültəsini fərqlənmə diplomu , fəxri fərmanla bitirib .2004 cü ildə BDU nin İnkişaf psixologiyası ixtisasına yüksək göstəriciləri nəzərə alınaraq imtahansız magistr pilləsinə daxil olub. . 2006 ci ildə fərqlənmə diplomu ilə magistr pilləsini bitirib. 2017 ci ildən Xəzər Universitetində doktorluk dərəcəsi üzrə təhsil alır. 2015 ci ildən Xəzər Universitetində Psixologiya departamentində " Psixologiyada nəzəriyyələr, " Uşaq psixologiyası", " Uşaq psixopatologiyası " fənnini tədris edir. 2020 ci ildən Lənkəran Dövlət Universitetində baş müəllim olaraq çalışır. Ankarada Uyum Özel reabilitasyon mərkəzində staj proqramı keçib. Yenidən Ankarada Huzur Özel eğitim Reabilitasyon mərkəzində staj proqramı keçib. 2015 ci ci ildə Hollandiyada keçirilən təlimlərdə iştirak edib.
2017 ci ildə Kosovada keçirilən Beynəlxalq konfransda əsas məruzəçi olaraq Azərbaycanı təmsil edib.
2019 ci ildə Yunanıstanda keçirilən beynəlxalq konfransda Azərbaycanı əsas məruzəçi kimi təmsil edib. 2020 ci ildə İndoneziyada keçirilən Beynəlxalq konfransda əsas məruzəçi kimi Azərbaycanı təmsil edib. 10 dan çox elmi məqalənin müəllifidir. Türkiyədə çoxsaylı təlim proqramları keçib.
2018 ci ildə Siyasi Psixologiya məktəbinin layihəsində iştirak edib Milli Məclisdə əyani təcrübə keçib.
2014 cü ildən UĞUR PSİXOLOJİ REABİLİTASİYA mərkəzinin təsisçilərindəndir.
2015 ci ildən Türkiyə Autismedi İnstitutunun elmi şüurasının məsləhətçisidir.
2020 ci ildə Dünya Autizm Təşkilatının üzvüdür.

Saytda hər hansı məlumatı kopya etmək qadağan edilib!