Uşaqlarda travma

Travmatik hadisələr bir oyuncağın itməsindən tutmuş, ana / atanın itirilməsinə , təbii fəlakətlərin olmasına qədər bütünlükdə həyatı dəyişdirəcək  yaşantılar ola bilər. Uşağın təhdidkar olaraq gördüyü hər şey hətta gerçəkdə təhlükə yaratmayacaq hadisə olsa belə travma ola bilər.

Travmanın yetişkinlərdə və uşaqlarda yaratdığı fəsadlar fərqlidir. Yetişkinlikdə yaşanan travmalar psixoloji və emosional təsirlər yaradır, uşaqlıq dövründə yaşanan travmalar isə beynin nevroloji və koqnitiv inkişafınada təsir edir.

 Uşaq bir travmanı atlada bilmirsə hələdə onun təsiri altındadırsa ona həmin hadisəni xatırladan hər şeyə güclü reaksiyalar verəcək. Travma anında yaşanan  və beyinin yadında saxladığı dad, qoxu, təzyiq, səs , görüntü kimi sensor amillər travmanı tətikliyə bilər.

Tədqiqatlar göstərir ki, stresli hadisələr yaşanarkən hansı uşaqlaraki, o sırada toxunulub , təmas edilib ( qucaqlama . əlindən tutma və s kimi) həmin uşaqlar digər təmas olunmamış uşaqlara nəzərən bu hadisənin təsirlərindən daha asan çıxmış olacaq. Toxunma oksitasinin artmasına səbəb olur. Oksitasin isə bədəndəki kortizol səviyyəsini aşağı salır. İnsan ilə hər cür təması rədd edən uşaqlara isə heyvanlar yardımcı ola bilər. Travma ilə çalışarkən əsasən oyunlar üzərində dayanırıq. Oyun uşağın emosional laborotoriyasıdır. Seanslarımızda uşağın hazırki vəziyyətinə uyğun oyunlar seçir , həmçinin bu oyunlar barəsində  valideynləri məlumatlandırırıq . Oyun prosesində  uşaq güvəndə hiss edir və travmalarını yenidən ziyarət edirlər. Bu ikisidə sağalma üçün vacibdir.