Dissosiativ Kimlik Pozuntusu
Dissosiativ Kimlik Pozuntusu – şəxs sanki içində özündən başqa bir və ya bir neçə şəxsin olduğunu qeyd edir. Bu fərqli kimliklərə alter adı verilib. Hər bir alterin fərqli fiziki görnüşü , yaşı , cinsiyyəti , xarakterik xüsusiyyətləri olur. DKP da iki və daha çox alter ola bilər. Ən xarakterik xüsusiyyətləri daxilində iç səslərin olması və yaddaşlarında boşluqların , hadisələri xartırlaya bilməmə kimi halların və özünə zərər vermə davranışlarının olmasıdır.
DKP özünü 12 yaşından etibarən göstərə bilər . Səbəbləri uşaqlıq dövründə yaşanan psixoloji travmalarla əlaqədardır. Bəzən el arasında içinə cin girmiş olaraq adlandırırlar. DKP ni bir sıra pozuntularla qarışdırırlar bu səbəbbdəndə müalicəsində axsamalar olur.
DKP nin psixoterapiyasında istifadə etdiyimiz yol alterlərlə iş birliyi etmək, onların əməkdaşlığını təmin etməkdir. Belə olduqda xəstə daha keyfiyyətli şəkildə həyatına davam edir .

