Uşaqlarda davranış pozuntuları

Ən sıx rast gəlinən davranış pozuntularından biri  qaydaları çeynəmədir. Uşağın hörmətsiz , qarşı gəlmə davranışının altında adətən iki ehtiyac yatır : 1. Mənimlə maraqlan  2. Məni qoru .

Ancaq uşaq qaydaları çeynədikdə adətən onun bu ehtiyacları qarşılanmır əksinə cəzalandırılır.

Uşağa necə yox deyəcəyik ? Adətən xeyir kəliməsini tələsərkən və ya çox məşğul olarkən istifadə edirik. Xeyir , olmaz kəliməsini hər hansı bir açıqlama etmədən istifadə etməyin. Uşaqlarla inkarda deyil , təsdiqdə danışın . Məsələn, oyuncaqları dağıtma əvəzinə oyuncaqları yerinə yığ. Bu misaldanda göründüyü kimi təsdiqdəki misalda uşağdan nə istənildiyi göstərilir. Hər bir valideyn bu danışığı vərdiş halına gətirməlidir. Övladınıza tərceh etmək üçün şərait yaradın . Məsələn, birlikdə oyun oynamaqmı istəyirsən yoxsa cizgi filmi izləmək . Övladınızla davranışlarınızda tutarlı olun. Əgər yox demisinizsə uşağın hər hansı neqativ davranışı sərgiləməsin deyə həyə çevirməyin.