Psixoloq
Kəmalə Əliyeva

"Uğur Psixoloji Mərkəzində" psixoloji və pedaqoji xidmətləri göstərilir.
Həmçinin Psixoloqun onlayn təlimlərini sifariş edə bilərsiniz.

Mərkəzimiz Haqqında

Uğur Psixoloji Mərkəz 2014 cü ilin aprel ayının 7 si fəaliyyətə başlayıb. Bizim mərkəz psixoloji konsultasiyaların keçirilməsi, peşəkar psixoloji təlimlərin, kursların təşkili eləcədə cəmiyyətimizdə gənclərin, insanların psixoloji sahədə maariflənməsi üçün müxtəlif layihələr həyata keçirilməsi fəaliyəti ilə məşğuldur.
Mərkəzdə psixoloji konsultasiyalarla yanaşı, Psixoloji Təlim Məkəzi də fəaliyyət göstərir ki, bu Mərkəzdə psixologiya sahəsində təhsil alan və ya psixologiya sahəsinə marağı olan və bu sahədə fəaliyyət göstərmək istəyən gənclər üçün peşəkar psixoloqların təqdimatında peşəkar psixoloji təlimlər, kurslar və treninqlər təqdim edirik.
Fəaliyyət məqsədimiz cəmiyyətimizə peşəkar psixoloqların yetişməsinə töhfə vermək və eləcə də müxtəlif psixoloji problemlərlə üzləşən insanların psixoloji reablitasiyasını və onların cəmiyyətdə yenidən qazanılmasına yardım etməkdir.

Sağlam və gözəl cəmiyyət üçün çalışırıq…

Hörmətlə, Uğur Psixoloji Mərkəzin rəhbəri
psixoloq Kəmalə Əliyeva.

Proqramlar

Seminarlar

"Valideyinlik məktəbi"
adlı təlim

Yuva İnkişaf Mərkəzi ilə birgə Layihə. Təlimdə 0- 3 yaşlı uşaqların psixoloji və fiziki inkişaf xüsusiyyətləri haqqında valideynlərə geniş məlumat verildi. 0- 3 yaşlı uşaqların aparıcı fəaliyyətlərindən, bağlanma xüsusiyyətlərindən bəhs edildi. Həmçinin bu yaş dövründə qayğı göstərən və uşaq arasındakı münasibət və ünsiyyət təhlil edildi.

"Həssas qruplarla psixoloji iş" maariflənfirici tədbiri

Əməkdar idman ustası, parataekvandoçu Aynur Məmmədovanın təşkilatçılığı və dəvəti ilə baş tutan maarifləndirici tədbirdə fiziki yetərsizliyi olan uşaq, yeniyetmə və gənclərin bacarıqlı tərəflərinin, güclü yanlarının , motivasiyasının inkişafı ilə bağlı psixoloji metodlardan bəhs edildi. Valideynlərin sualları cavablandırıldı.

"Motivasiya nədir? Mən necə motivə oluram"
adlı seminar

Stimul Təhsil Mərkəzi, Psixologiya Məktəbinin təşkilatçılığı və dəvəti ilə baş tutan təlim. Təlimdə gənclərə motivasiya etdirici tapşırıqlar verilərək təlimin interaktiv keçməsi təmin edildi. Həmçinin Kimlik statusları və Peşə seçimi ilə bağlı məlumatlar verildi. Məlumatlar praktikliyin təmin olunması məqsədi ilə tapşırıq formasında verilirdi. Özünü qiymətləndirmə, öz güvən , öz şəfqət haqqında geniş məlumatlar verildi.

SAĞLAM RUHLA
XOŞBƏXT OLUN

Psixoloji problemlərin, narahat edən məsələlərin həllinə, fərdi inkişafda yuksək nəticələrə, saqlam və xoşbəxt heyata sahib olmağin ən effektiv üsulları ilə tanış olmaqla bizim mərkəzdə yüksək keyfiyyət və məmnun qalacağınız xidmət görəcəksiniz.

0
TƏLƏBƏ
0
PASİYENT
0
TƏLİM
732_oooo.plus (1)

Psixi Sağlamlığınız və Ailə Ünsiyyətiniz üçün Bacarıq Yönümlü Praktik Təlimlər

Saytımız fərdin mənəvi inkişafına dəstək olmaq məqsədi daşıyan psixologiya və psixiatriyaya əsaslanan təhsil platformasıdır. Ailə, iş, fərdi psixologiya və karyera mövzularında cəmiyyətin psixoloji sağlamlığının qorunması və yaxşılaşdırılması üçün nəzərdə tutulan təlimlər uzun klinik təcrübələr və illərin elmi araşdırmaları nəticəsində ortaya çıxan səriştəli tədqiqatlardır. Bu, həm də bu sahədə çalışan mütəxəssislərə ekspertlər üçün təlimlər keçirərək özlərini təkmilləşdirmək imkanı verir.

Üzvlük qeydiyyatını yaratdıqdan sonra platformamızdan istədiyiniz təlim dəstini satın alaraq dərhal başlaya bilərsiniz.

PSİXOLOQ KƏMALƏ ƏLİYEVANIN ÇIXIŞLARI

Video

Saytda hər hansı məlumatı kopya etmək qadağan edilib!