Description
Nöqtəli riyaziyyat xüsusi bir metoddur ki, öyrənmə çətinliyi , Autizm Spektr Pozuntusu , inkişaf ləngimələri olan uşaqlara sadə riyazi bacarıqları asanlıqla öyrədir. Tapşırıqları bir neçə dəfə təkrar etdikdən sonra nöqtələr təmamilə yığışdırılır və uşaq asanlıqla istənilən misalı həll edir. Burda toplama , çıxma , bölmə , vurma əməlləri izah olunur. Həmçinin təlimin son hissəsində sizi kiçik bir sürpriz gözləyir. Beləki hədiyyə olaraq saatın öyrədilməsini bu təlimə əlavə etmişik.






